Antonio Semedo: Bir dəfə elə bildim ki, mən Ronaldoyam
18.10.2011 - 12:31
“Bir dəfə elə bildim ki, mən Kriştianu Ronaldoyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun futbolçusu Antonio Semedo deyib.
Portuqaliyalı yarımmüdafiəçi vətənindən olan həmkarlarımıza müsahibəsində karyerasının ən yaddaqalan məqamlarından danışıb: “Mən ÇFR-də oynayanda, böyük uğurlar qazandıq. Buxarest klublarının hegemonluğuna son qoyandan sonra şəhərin küçələrində bizə büt, ilahi qüvvə kimi baxırdılar. Belə olanda, özümü Ronaldo kimi hiss etdim. Oyunumla portuqaliyalıların Rumıniya klublarına yolunu açdım. Elə indi də ÇFR-də həmyerlim var”.
Sonra Rumıniyada “Styaua”, “Unirea” və Kiprdə “Alki” klublarında gördüklərindən bəhs edən Semedo indiki günlərindən də danışıb: “Rumıniyadan yaxşı tanıdığım baş məşqçidən təklif gəldi. Məsələnin maliyyə tərəfini dəyərləndirib, Avropanın şərq qurtaracağına getdim. Bu, möhtəşəm təcrübədir. Futbol Azərbaycanda əsas idman növü sayılmır. Onlar boks və güləşin müxtəlif növlərini sevirlər. Mən avrokuboklarda oynamaq istəyirəm. “Xəzər Lənkəran” isə bunun üçün əla imkandır. Nə qədər darıxsam da, vətənə qayıtmaq haqda isə düşünmürəm. Portuqaliyada futbolçuların maaşlarını vaxtlı-vaxtında ödəyə bilmirlər”.

0
0