“Əsgər Abdullayev gələndən sonra maaşım qat-qat azalıb” - MÜSAHİBƏ
18.10.2011 - 12:45
“Turan” klubunun futbolçusu Yasin Abbasovun apasport.az saytına müsahibəsi
- Bildiyimizə görə, rəhbərliyin bəzi futbolçulara borcu qalıb. Siz də onlar arasındasınız...
- Bəli. Komandada maliyyə problemi var. Bəzi oyunçuların borcu hələ də ödənilməyib. Mən də onlardan biriyəm.
- Sizə nə qədər borcludurlar?
- Məbləğini açıqlamaq istəməzdim.
- Heç olmasa, neçə aylıq borclu qaldıqlarını bilmək olar?
- 3 aydır pulumuzu tam vermirlər. Bəzi futbolçulara tam, bizə isə 1/3-ni veriblər. İndi də deyirlər ki, sabah verəcəyik. Görək, necə olur. Tovuzda yerli futbolçulara münasibət həmişə belə olub. Başqa yerdən gələnlər bizdən güclü deyil, ancaq qazancımız onlarınkından qat-qat aşağı olub. Tovuzlu futbolçuların qədrini bilmirlər. Amma unutmasınlar ki, acınacaqlı vəziyyətdə qalanda komandanın köməyinə ancaq yerli uşaqlar çatır.
- Bəs niyə belə ayrı-seçkilik edilir?
- Nə bilim? Elə yerli futbolçu var ki, əvəzedici heyət səviyyəsində maaş alır. Mən “Turan”a prezident Musa Süleymanova görə qayıtmışdım.
- Təsadüfən qohumunuz deyil ki?
- Yox. Münasibətimiz yalnız futbolçu – prezident səviyyəsindədir.
- Deməli, “Turan”a qayıtmaqla, xoşagəlməz halla üzləşdiniz...
- Musa müəllim deyir ki, hər şey yaxşı olacaq. Biz də gözləyirik.
- Doğma komandanıza qayıdanadək “Simurq”da oynayırdınız. Zaqatala təmsilçisinə “Turan”ın sabiq baş məşqçisi Nizami Sadıqovun dəvəti ilə getmişdiniz...
- Bəli. “Simurq”dan əvvəl “Standard”da oynamışam. “Simurq” yenə məni istəyir. Ancaq tovuzlu olduğumdan, doğma komandada oynamaq daha ürəyimcədir. Komandama çətin vaxtında kömək etmək istəyirdim. Ancaq belə münasibətlə üzləşmişəm. Haqqımı yeyirlər.
- Kimdi sizin haqqınızı yeyən?
- Axtarıram, amma tapa bilmirəm. Mən bu komandaya baş məşqçi Əsgər Abdullayevdən əvvəl gəlmişəm. Onda danışığımız oldu ki, filan qədər pul verəcəklər, mən də qayıtdım. Ancaq Abdullayevin gəlişindən sonra vəziyyət dəyişdi, danışdığımız məbləğdən qat-qat aşağı pul verirlər.
- Fərq böyükdür?
- Çox böyük, demək olar 4 dəfə aşağı. 100 dollar verdilər. Dedilər ki, xərcləmək üçündür. Naci Şensoyun dövründə daim əsas heyətdə yer alırdım, 90 dəqiqə oynayırdım. Qollar vurmuşam, məhsuldar ötürmə etmişəm. Yalnız zədəli olduğum vaxtda heyətdən kənarda qalmışam. Abdullayev mənə hələ də 90 dəqiqə şans verməyib. İlk tura yüksək əzmkarlıqla hazırlaşmışdım, baş məşqçi məni “18-liy”ə daxil etmədi. II turda adım “18-lik”də olsa da, meydana buraxmadı. Sonradan 4 dəqiqə oynatdı. Gənc futbolçu oynamayanda, necə olar?
- Abdullayevdən sizə şans verməməyini soruşmusunuz?
- Otağına gedib, oynamaq istədiyimi söylədim. Dedi ki, hazırlaş, səni əsas heyətdə oynadacağam. Bu söhbət “Bakı” ilə matçdan öncə olmuşdu. Ancaq həmin görüşdə məni son 24 dəqiqədə meydana buraxdı. Yalnız 1 dəfə əsas heyətdə meydana çıxmışam. Onda da “Xəzər Lənkəran”la qarşılaşmada zədələndiyimdən, ilk hissədəcə əvəzləndim. Gənc futbolçu oynamalıdır ki, “artırsın”. Ehtiyatda qala-qala, necə inkişaf edə bilərəm? Daxilimdə oynamaq hissi var. Baş məşqçi də mənim kimi futbolçulara şans verməlidir. Ancaq arxada qalan 9 turda 90 dəqiqə oynamamışam. Yalnız son turda AZAL-la görüşdə ən çox meydanda olmuşam. Onda da 60 dəqiqəyə yaxın oynadım.
- Klubunuzda maaşı kim müəyyənləşdirir?
- Bunun kim olduğunu mənə dəqiq demirlər. Yəqin ki, baş məşqçi olar.
- Belə çıxır ki, Abdullayev sizə əvvəl danışılan məbləğdən daha az maaş verir...
- Tamamilə doğrudur.
- Bizdə olan məlumata görə, klubdaxili toplantıda maaşınızın kim tərəfindən müəyyənləşdirdiyini soruşsanız da, hamı susub, sizə cavab verilməyib.
- Elədir.
- Hətta bunu əsəbi şəkildə demisiniz...
- Ola bilər ki, bir az əsəbi olmuşam. Bilmək istəyirdim ki, maaşımı kim yazır. Ancaq heç kim mənə cavab vermədi. Hamı, o cümlədən, Əsgər Abduallayev sakitcə üzümə baxdı.
- Maaşla bağlı klub prezidentinə narazılıq etmisiniz?
- Maaşı Musa müəllim müəyyənləşdirmir. Bu məsələ sırf baş məşqçi ilə əlaqəlidir.
- “Turan”a qayıtdığınıza görə peşmansınız?
- Belə də, 50-nin 50-yə. Qayıtdığıma görə çox da sevinmirəm. İndinin özündə də kənardan 1-2 təklifim var. “Simurq” yenə çağırır.
- Vəziyyət düzəlməsə, qış fasiləsində “Turan”dan gedəcəksiniz?
- Fikrimcə, belə olmaz. Ya oynamalısan, ya da futbolu atmalısan.
- Cəmi 23 yaşınız var. Bu yaşda futbolçu karyeranızı bitirmək düzgün olmazdı...
- Adamı çətin vəziyyətdə qoyurlar. Mənim taylarım ildə 150 min pul alır, mənə isə gətirib 100 dollar verirlər.
Mehman SÜLEYMANOV

0
0