“Mənim “Qarabağ” azarkeşlərini təhqir etmək fikrim olmayıb”
18.10.2011 - 13:54
“Qarabağ” super komandadır. Əla futbolçuları var. Heç belə komandanı və azarkeşlərini təhqir edərəmmi?” Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun futbolçusu Reis Klaudinei deyib.
Azərbaycan Premyer Liqasının X turunun “Qarabağ”la oyunundan sonra gündəmə gələn, həmin matçda rəqib azarkeşlərini təhqir etdiyi iddia olunan braziliyalı legioner bunun həqiqəti əks etdirmədiyini bildirib: “Deyirlər ki, guya “Qarabağ” azarkeşlərini təhqir etmişəm. Belə bir şey olmayıb. Rəqib qapısına vurulan qoldan sonra futbolçularımızın yanına qaçdım ki, sevincimi onlarla bölüşüm. Bu da normal haldır. Dünyanın hər yerində qol sevincini bölüşürlər. Mən də bunu etdim. Heç kimi təhqir etməmişəm, nə rəqib futbolçuları, nə də azarkeşləri. Heç belə bir fikrim də olmayıb”.

0
0