“Baş məşqçi ilə danışılası heç nə yox idi”
18.10.2011 - 17:00
“Xəzər Lənkəran” klubunun və Syerra-Leone yığmasının yarımmüdafiəçisi Julius Vobayın müsahibəsi
- Mövsümün ilk turundan sonra baş məşqçi tərəfindən əvəzedici komandaya göndərildiniz. Amma 7 turdan sonra yenidən Premyer Liqaya döndünüz və dönüşünüz heç də pis alınmadı...
- Təbii ki, əvəzedici komandanda keçirdiyim dönəm heç də asan olmadı. Hazırda tam formada olmasam da, addım-addım əvvəlki vəziyyətimə dönəcəyəm. Bunun üçün çalışıram.
- Əvəzedici komandada oynayan vaxtda baş məşqçi Mirça Redniklə söhbətiniz oldumu?
- Burda baş məşqçi ilə danışılası heç nə yox idi. Çünki artıq qərar verilmişdi və mən də bu qərarla barışmalı oldum.
- Əvəzedicilərlə oynamağı sizi bir qədər geri saldığını düşünmürsünüz ki?
- Belə düşünmürəm. Əksinə, əvəzedici komandada olduğum müddət bir qədər də möhkəmlənməyimə gətirib çıxardı.
- Bir müddət əvvəl baş məşqçi Mirça Rednik sizdən açıq şəkildə narazılıq edirdi. O, fərdi oyuna daha çox üstünlük verdiyinizi, yığmanın düşərgəsindən hazır dönmədiyini qabardırdı. Bu tənqidlərdən necə, nəticə çıxarmısınızmı?
- Hər kəs fərqli düşünə, futbolçu haqda müxtəlif fikir söyləyə bilər. Ancaq individual futbola üstünlük verdiyimi düşünmürəm. Təbii ki, oyunun gedişində elə anlar olur ki, özün üçün də oynamalı olursan. Vəziyyət bunu tələbə edir. Ümumi götürdükdə, mən komandam üçün oynayıram. Əsas odur ki, meydanda kollektivlik hesab edilsin. Özüm üçün oynamağım fikri ilə razı deyiləm.
- Yığma üzvü üçün elə də güclü çempionatı olmayan bir yerdə - əvəzedici komandada oynamaq çətin deyildi? Bu amil yığmadakı mövqeyinizə necə təsir göstərib?
- Bu durumun millidəki mövqeyimə təsir göstərəcəyinə inanmıram. Çünki baş verənlərlə bağlı millinin məşqçilər korpusunu məlumatlandırmışdım.
- “Xəzər Lənkəran”ın cari mövsümdəki çıxışı barədə nə deyə bilərsiniz?
- Birinci yerdə qərarlaşmağımız hər şeyin yaxşı vəziyyətdə olduğunu göstərir. Buna baxmayaraq, biz daha da artırmalı, çox işləməliyik.
- Zirvədəki mövqeyi sona qədər qorumağı bacaracaqsınızmı?
- Komanda yaxşı vəziyyətdədir və yaxşı oynayır. Hazırkı mövqeyimizi sona qədər qorumaq gücündəyik. Eyni zamanda çalışmalı, artırmalıyıq. Çünki mövsüm uzun marafondur.
- Yaxşı oynadığınız dediniz. Hesabat turunda çempionatın autsayderlərindən olan “Simurq”u çətinliklə məğlub etdiniz. Bunu necə yaxşı oyun adlandırmaq olar?
- “Simurq” kimi kiçik komandalar bizimlə oynayanda, onların itirəcəyi heç nəyi olmur. Hər kəs karyerasının ən yaxşı oyununu göstərməyə, sona qədər mübarizə aparmağa çalışır. Bizə lazım olan isə 3 xal qazanmaqdır. Bu qələbənin kiçik hesabla və ya bol qolla qazanılmasının fərqi yoxdur. Hazırkı situasiya daha çox xal toplamağımızı tələb edir.
- Həftəsonu paytaxtda “Bakı” ilə qarşılaşacaqsınız. Çempionluq yolunda əsas rəqiblərinizdən olan paytaxt təmsilçisi ilə dueldən nə gözləyirsiniz?
- İstənilən rəqibə qarşı mübarizə aparmaq çətindir. Bizim üçün kiminlə qarşılaşacağımızın fərqi yoxdur. Çünki komandalar arasında ayrı-seçkilik eləmirik. Qarşımıza məqsəd qoyulub və ona doğru addımlayırıq. Bakıdan da 3 xalla dönməyi düşünürük.

0
0