“Deyirik düzələr, amma düzələnə oxşamır” - MÜSAHİBƏ
18.10.2011 - 23:01
“Sumqayıt-Şəhər” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın son iki turunda oynamamağınızın səbəbi nədir?
- Toplanışlarına qatılırdım. “Bakı” ilə oyuna çox az qalmış ayağımdakı köhnə zədədə ağrılar başladı. Ona görə də 9-cu turun oyununda meydançaya çıxmadım.
- Komandanızın baş məşqçisi Bernard Raab təcrübəli futbolçuların oynamamasını başa cür əlaqələndirib. Onun fikrincə, təcrübəli futbolçular 90 dəqiqə oynamağa hazır deyillər. Siz bu fikirlə razısınızmı?
- Mən onunla razı deyiləm. Hər şey onun deməyi ilə deyil ki! Mənim ayağımda zədə vardı, ona görə də meydana çıxmadım.
- Sizcə, baş məşqçi nəyə əsaslanıb bunu deyib?
- Açığı inanmıram ki, baş məşqçi belə bir söz desin. Əgər deyibsə, mən razılaşmıram. Komanda hansı vəziyyətdədir ki, Raab da belə danışır? Amma yenə də deyirəm, inanmıram ki, Raab bizimlə bağlı belə bir fikirdə olsun.
- Baş məşqçi ilə təcrübəli futbolçular arasında nəsə ciddi fikir ayrılığı, problem varmı?
- Yox, aramızda heç bir inciklik yoxdur. Deyim ki, məşqlərdə kiməsə fərq qoyur, bu da yalan olar. Mən məşqlərdə üzərimə düşəni edirəm, hazırlaşıram. Eləcə də digər futbolçular onun tapşırığını yerinə yetirməyə çalışırlar. Onu normal məşqçi sayıram.
- Nə vaxt məşqə çıxmaq iqtidarında olacaqsınız?
- Düzü, belə bir ciddi şey yoxdur. İnşallah, növbəti tura qədər hər şey qaydasına düşər. Hal-hazırda məşqlərə qatılmıram. Ayağım ağrımayanda məşqə çıxacağam.
- Artıq çempionatın 9 turu arxada qalıb. “Sumqayıt Şəhər” 9 oyundan 3 xal toplayıb. Digər komandalar hər oyuna üç xal qazananda, siz 3 oyuna 1 xal əldə etmisiniz. Bu, göstərici nədən xəbər verir?
- Sözsüz ki, bu nəticə bizə də xoş olmayan bir reallıqdır. 9 oyuna cəmi 3 xal toplamaq aşağı nəticədir. Təəssüf ki, qələbəmiz yoxdur. 9 oyundan 3-də heç-heçə edib, 6-da məğlubiyyətə uğramışıq.
- Sizcə, bu vəziyyət, problem haradan qaynaqlanır?
- Oynaya bilmirik, vuran ayağımız yoxdur. “Bakı” ilə oyunun gedişində qapıçımız Andrey Popoviç qırmızı vərəqə ilə cəzalandırıldı. Bunun oyuna təsir etdiyini demək mümkündür. Hamı inanır ki, vəziyyət düzələcək. Deyirik düzələr, amma düzələnə oxşamır.
- Qol vuran olmayanda, yaxşı ötürmə etməyə də həvəs qalmır. Elədir?
- Mən nə bacarıramsa, onu da oynayıram. Üzərimə düşəni azdan-çoxdan eləməyə çalışıram. Deyə bilmərəm ki, mən 5 il, 10 bundan öncəki Mahmudam. Bu, yalan olar. Amma çalışıram ki, istər məşqlərdə, istərsə də oyunlarda heç kimdən geri qalmayım.
- Hazırda bir yerdə oynadığınız futbolçular vaxtilə sizə pərəstiş ediblər. Gənc futbolçuların indi sizə münasibəti necədir?
- Mən ilk növbədə həmin gənclərlə komanda yoldaşıyam. Amma sözsüz ki, bir böyük kimi məsləhətlərimi verirəm. Amma onu da əlavə edim ki, mən kollektivdə özümü çox da yuxarıdan aparmıram.
- Həmişə iddialı, çempionluğa əsas favorit sayılan komandanın heyətində çıxış etmisiniz. “Sumqayıt-Şəhər” kimi gənc kollektivdə oynamaq sizə çətin gəlmir ki?
- İddialı kluba keçidim baş tutmadı. “Sumqayıt-Şəhər”də yaxşı futbol ab-havası var, bunu məşqçilər, futbolçular yaradıblar. Amma istənilən halda, turnir cədvəlinin sonuncu pillələrində gedən komandada oynamaq çətindir.
- Bildiyimizə görə, sizi komandaya tamam başqa məqsədlə cəlb ediblər və yaxın gələcəkdə oynayan məşqçi kimi fəaliyyətə başlayacaqsınız...
- Mən futbolu çox sevirəm. Bu sahədə indiyə qədər qalmağımın da səbəbi budur. Sözsüz ki, dəvət gəlsə, futbolla vidalaşıb, özümü məşqçilikdə sınayaram. Amma hələ də belə bir dəvət yoxdur.
- Qış fasiləsində karyeranızda belə bir yenilik etməkdə qərarlısınız?
- Açığı məşqçi olmağa marağım var. Əgər real təklif olsa, qışda buna baxmaq mümkündür. Özümü bu sahədə də sınamaq fikrim var.
- Sonda Azərbaycan yığması barədə danışaq. Uzun müddət şərəfini qoruduğunuz milli komandamız cari seçmə mərhələni 7 xalla başa vurdu. Qazanılan nəticə, göstərilən oyun barədə nə deyə bilərsiniz?
- Azərbaycan milli komandası evdə Qazaxıstanı udub, Belçika ilə heç-heçə etdi. Səfərdə Türkiyəyə də qarşı pis oynamadı. Amma evdə Avstriyaya uduzması heç yaxşı olmadı. Millimiz bu dəfə 7 xal topladı. Amma bu xalların sayını 11-12-ə də qaldırmaq mümkün idi. Lakin alınmadı. Futbolda bəzən güclü oynadığın halda, məğlubiyyətdən qaçmaq mümkün olmur.

0
0