“Napoli” – “Bavariya” oyunu başlamamış qan töküldü
18.10.2011 - 17:18
“Napoli” – “Bavariya” oyunu başlamamış qan töküldü
Çempionlar Liqasının III turunda İtaliyanın “Napoli” və Almaniyanın “Bavariya” klublarının bugünkü görüşü başlamamış xoşagəlməz olay yaşanıb. Apasport.az məlumatına görə, qonaq komandanın azarkeşləri matçın keçiriləcəyi Neapol şəhərinin mərkəzində gəzərkən hücuma məruz qalıblar və qan tökülüb. Naməlum şəxslər onlara bıçaq zərbəsi endiriblər. Xoşbəxtlikdən yaralar yüngül olub və insanların həyatı təhlükəsi yoxdur. Xəstəxanaya gətirilən həmin 2 nəfərin 42 və 45 yanında kişi olduğunu bildirilər. Polislərin şahidlərdən öyrəndiyi məlumata görə, zərərçəkənlər sadəcə, şəhərdə gəzişirmiş və onlara hücum edənlər motosikletdə olublar.