Del Pyero 18 ildir oynadığı “Yuventus”dan gedir
18.10.2011 - 17:45
“Yuventus” əfsanəvi futbolçusu Alessandro Del Pyero ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, 37 yaşlı hücumçu üçün 1993-cü ildən şərəfini qoruduğu Turin klubunun heyətində İtaliya A seriyasının cari mövsümü sonuncu olacaq. “Yuventus”un prezidenti Andrea Anyelli Alessandronun gələn il komandadan gedəcəyini bildirib. Futbolçu son 18 ildə oynadığı, uzun müddət kapitanı olduğu “Yuventus”un heyətində keçirdiyi 682 matçda 285 qol vurub.
0
0