Mourinyo yubiley qeyd etdi
19.10.2011 - 08:24
Mourinyo yubiley qeyd etdi
Çempionlar Liqasının qrup mərhələsinin III turu İspaniya “Real”ının baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Fransa “Lion”u ilə ev qarşılaşmasında portuqaliyalı mütəxəssis yubiley qeyd edib. Mourinyo avrokuboklarda 100-cü matçını keçirib.

Qitə kuboklarında 2000-ci il sentyabrın 28-də İsveç “Halmstad”ı ilə görüşdə debüt edən mütəxəssis həmin vaxtdan Portuqaliyanın “Benfika”, “Porto”, İngiltərənin “Çelsi”, İtaliyanın “İnter” və İspaniyanın “Real” klubları ilə Avropa səhnəsinə çıxıb. O, Çempionlar Liqasında 86, UEFA kubokunda isə 14 matçda iş başında olub.

Qeyd edək ki, “Lion”u 4:0 hesabı ilə darmadağın edən “Real” baş məşqçisinə yubiley hədiyyəsi edib.