“Kayserispor”un əfsanəsi “Qarabağ”da
19.10.2011 - 09:28
“Qarabağ” uşaq futbolunun idarə sistemində dəyişiklik baş verib. Apasport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, artıq 2 ildir komandanın uşaq futboluna nəzarət edən Hemdi Serpil Tüzün şəxsi problemlər səbəbindən vəzifəsindən ayrılıb.
Tüzün bəyin yerinə uşaq futbolunun inkişafına rəhbər olaraq Uğur Kulaksız təyin edilib. “Kayserispor”un əfsanələrindən sayılan, “sarı-qırmızı”ların uşaq futbolunun inkişafında böyük rol oynayan mütəxəssis artıq “Qarabağ” uşaq futbolunun inkişafı üçün çalışacaq.
Kulaksız bəy hədəfləri üçün qısaca danışıb: “Qarabağ” kimi camiədə çalışmaq qürurvericidir. Çalışacam ki, bu klubun ruhuna uyğun olaraq əlimdən gələnin ən yaxşısını edim”.

0
0