“Bakıda qol buraxmağımız həqiqətən fəlakət idi”
19.10.2011 - 09:34
“Bakıda qol buraxmağımız həqiqətən fəlakət idi”
“Milli komandanın uğursuzluqlarını futbolçuların gəncliyi ilə, təcrübəsinin azlığı ilə bağlamaq olmaz. Bu çox gülməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika milli komandasının sabiq futbolçusu Bertran Krasson deyib.

O, yığmasının digər veteranları kimi Avro-2012-nin seçmə mərhələsi başa çatdıqdan sonra nəinki final mərhələsi, heç pley-offa da çıxa bilməyən milli komandanın çıxışını dəyərləndirib. Belçika mətbuatına açıqlama verən digər sabiqlərdən fərqli Krasson Bakıdakı xal itkisindən də danışıb. O, yığmamızla Bakıdakı heç-heçənin böyük zərbə sayır: “Futbolçularımızın çoxunun Avropa klublarında oynadığı halda təcrübə çatışmazlığından necə danışmaq olar? Azərbaycanla Bakıdakı oyunun son dəqiqələrində qol buraxmaq isə həqiqətən də fəlakət idi. Eyni səhvləri təkrarlamaqda davam edirik. Artıq 10 ildir ki, böyük turnirlərə həsrətik”.

Qeyd edək ki, sentyabrın 6-da Bakıda keçirilən Azərbaycan – Belçika oyunu 1:1 hesabı ilə başa çatmışdı.