“Trabzonspor” “Arsenal”ın davamçısı oldu
19.10.2011 - 10:03
“Trabzonspor” “Arsenal”ın davamçısı oldu
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində “Trabzonspor”la ev oyunu Rusiyanın MOİK klubu üçün tarixi hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisi son 5 ildə ilk dəfə turnirdə evdə qol buraxmayıb. Bu, Türkiyənin vitse-çempionu üzərində 3:0 hesablı qələbə ilə reallaşıb.

“Hərbçilər” sonuncu dəfə ÇL-in 2006/07 mövsümündə öz meydanında top buraxmamışdı. Bu, 2006-cı ilin noyabrın 1-də London “Arsenal”ı ilə evdə qolsuz bərabərliklə nəticələnən oyunda reallaşmışdı. Bundan 5 il sonra “Trabzonspor” ordu klubunun meydanında onun qapısına yol tapa bilmədi.

Qeyd edək ki, bu, Trabzon təmsilçisinin cari turnirdə ilk məğlubiyyəti oldu və nəticədə qrupda 3-cü yeri düşən komanda MOİK-i özündən irəli buraxdı.