Rednik “Bakı”nın bazasında yubileyini qeyd edəcək
19.10.2011 - 10:16
Rednik “Bakı”nın bazasında yubileyini qeyd edəcək
Azərbaycan Premyer Liqasının növbəti turu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi 49 yaşlı rumıniyalı mütəxəssisin rəhbərliyi altında yubiley - 50-ci dəfə meydana çıxacaq. Bu, X turda oktyabrın 21-də “Bakı” ilə səfər matçında reallaşacaq. Həmin oyun “Bakı”nın əsas komandasının öz təlim-məşq bazasında ilk rəsmi oyunu kimi tarixə düşəcək. 2010-cu ilin iyulundan “Xəzər Lənkəran”a rəhbərlik edən Rednik Premyer Liqa, kubok və Avroliqa görüşlərində üst-üstə 49 matçda iş başında olub.

Qeyd edək ki, Rednik “Xəzər Lənkəran”da ötən il avqustun 7-də Premyer Liqamızın ilk turunda “Qəbələ” ilə ev oyununda debüt edib və 1:0 hesablı qələbəyə sevinib.

                     O    Q  H  M     QF     X
2010/11         Çempionat - I mərhələ      22   14  5   3  28-12    47
                Çempionat – II mərhələ  10   2   7  1   10-6     13
                Kubok   6     3   2   1   11-8    11
2011/12         Avropa Liqası    2     0   1  1    1-3     1
                 Çempionat   9     7   1  1    14-5     22
              
Cəmi    49   26  16 7   64-34    94
Çempionat    41   23 13 5   52-23    82
Kubok      6    3    2  1   11-8     11
Avropa Liqası     2     0    1  1    1-3      1


Mənbə: lankaranfc.com