Penaltilər Runini İngiltərə futbolunda 1-ci etdi
19.10.2011 - 11:10
Penaltilər Runini İngiltərə futbolunda 1-ci etdi
“Mançester Yunayted”in futbolçusu Ueyn Runi İngiltərə futbolunda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Çempionlar Liqasında (ÇL) ingilis futbolçular arasında bombardir olub. Runi Rumıniyanın “Otselul” klubu ilə səfər oyununda hesabı açmaqla, rekordu yeniləyib. Ardından dubl edən hücumçu həm komandasına cari mövsümdə ilk qələbəni (2:0) qazandırdı, həm də şəxsi göstəricilərini yaxşılaşdırdı. Maraqlıdır ki, o, hər iki qolu penaltidən vurub. Hesabında 26 qol olan Ueyn ÇL-də bombardirliyə yüksəlib.

Bunadək ən yaxşı göstərici Runinin “Mançester Yunayted”dəki komanda yoldaşı Pol Skoulza məxsus olub. ÇL-də 24 qolu olan 36 yaşlı yarımmüdafiəçi artıq karyerasını bitirdiyindən, rekordunu yaxşılaşdıra bilməyəcək.