Anatoli Demyanenko Azərbaycandakı rekordunu Asiyada təkrarladı
19.10.2011 - 11:59
“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko Asiya futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 52 yaşlı ukraynalı mütəxəssisin rəhbərlik etdiyi Özbəkistanın “Nasaf” klubu Asiya futbol Konfederasiyasının finalına çıxan ilk Mərkəzi Asiya təmsilçisi olub. Demyanenkonun yetirmələri bu qitədə nüfuzlu klub turnirində “Əl-Vədat” klubu ilə cavab yarımfinal oyununda 1:1 hesablı bərabərliklə həlledici oyuna vəsiqə qazanıb. İndi o, finalda evdə oktyabrın 29-da “Küveyt” klubu ilə görüşəcək.
Demyanenko qazandığı tarixi nəticəyə sevinir: “Mən son oyunda məqsədimizə çatdığımıza görə çox şadam. Planımız rəqib oyunçularını daim gərginlikdə saxlamaq və bununla da meydanın mərkəzini, oyunu nəzarəti əldə saxlamaq idi”.
Qeyd edək ki, Demyanenko “Neftçi”də işlədiyi vaxtda da qitə miqyaslı klub turnirində ilkə imza atdı. Bu, 2008-ci ilin yayında İntertoto kubokunda oldu. Həmin vaxt “Neftçi” İntertoto kubokunda 2 mərhələ adladı və turnirin qalibi kimi UEFA kubokuna vəsiqə qazanmağına Rumıniyanın “Vaslui” klubu (evdə 2:1, səfərdə 0:2) imkan vermədi. İstənilən halda, avrokuboklarda 2 mərhələni ilk dəfə məhz Demyanenko ilə keçdik və o, ölkəmizdəki rekordunu Asiyada təkrarladı.

0
0