Milli komandamız reytinq siyahısında 20 pillə gerilədi
19.10.2011 - 12:06
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması gözlənildiyi kimi, 20 pillə geriləyib.
117-ci yerə düşən komandamızın hesabında 265 xal var. Millimiz UEFA-nın reytinqində 44-dür.
Berti Foqtsun baş məşqçisi olduğu komanda Avro-2012-in seçmə mərhələsini son 2 oyunu məğlubiyyətlə (evdə Avstriyaya 1:4, səfərdə Türkiyəyə 0:1) başa vurdu və bu, ona baha başa gəldi.
Millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya (1044 xal) 1 pillə geriləyərək, 8-ci yerə düşüb. Hesabında 975 xal olan Rusiya 10-cu, 669 xal olan İsrail 30-cu yerdə qalıb.
Şimali İrlandiya (421 xal) 14 pillə geriləmə ilə 84-cü yerə enib. 4 pillə geriləyən Lüksemburq (263 xal) millimizin qonşuluğunda – 118-ci yerdədir.
Yığmamızın noyabrın 11-də Tiranada yoldaşlıq görüşü keçirəcəyi Albaniya millisi 71-ci pillədə mövqeyini qoruyub.
Qeyd edək ki, siyahının ilk “üçlüy”ü dəyişməz qalıb. İspaniya (1624 xal) 1-ci, Hollandiya (1425) 2-ci, Almaniya (1352) 3-dür. 1 pillə irəliləyərək, 26-cı yerə çıxan Türkiyə yığmasının 803 xalı var.

0
0