AFFA Vaqif Cavadova ağır cəza verib, klublara şərt qoydu
19.10.2011 - 12:25
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 7-də Avstriya ilə keçirilən oyunundan sonra Azərbaycan millisinin düşərgəsini özbaşına tərk edən Vaqif Cavadovun məsələsinə baxılıb.
Komitə üzvləri yığmamızın baş inzibatçısı İslam Abbasovun quruma təqdim etdiyi məlumata əsasən, 22 yaşlı hücumçu 1 il müddətinə Azərbaycan yığmasından kənarlaşdırılıb.
Cavadov bu müddətdə Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın İntizam Qaydalarına uyğun olaraq, 5 təqvim oyunundan kənar qalacaq, onu transfer edəcək klubumuz isə 5000 manat cərimə ödəyəcək.
Milli komandanın əvvəlcədən planlaşdırılan seleksiya xarakterli toplanışına dəvət olunan, lakin toplanış vaxtı millinin baş məşqçisinə müraciət edərək hazırlıqlarda iştirak etmək istəmədiyini bildirən Rəşad Abdullayevin də məsələsinə baxılıb. Qərara alınıb ki, futbolçunun bu hərəkəti ilə bağlı “Neftçi” klubunun rəhbərliyinə məktub ünvanlansın.
Qeyd edək ki, Vaqifin milli komandada çıxış etməsi ilə bağlı məsələyə millinin baş məşqçisinin müraciəti əsasında yenidən baxıla bilər.

0
0