Futbol Federasiyasının prezidentindən yeni rekord
19.10.2011 - 13:14
Futbol Federasiyasının prezidentindən yeni rekord
Argentina Futbol Federasiyasının prezidenti postuna seçkilər keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun indiki rəhbəri Xulio Qrondona rekord sayda 9-cu dəfə prezident seçilib.

Həm də FİFA-nın vitse-prezidenti olan 80 yaşlı funksioner 1979-cu ildən başçılıq etdiyi federasiyaya daha 4 il rəhbərlik edəcək. Bu isə o deməkdir ki, yekdilliklə prezident seçilən Qrondona 2015-ci ilədək postunda qalacaq.