Asen Nikolov: Azərbaycandan 1 milyon dollarla qayıtdım
19.10.2011 - 13:38
“Mən həmişə yaxşı pula oynamışam. Təkcə onu deyim ki, Azərbaycanda oynadığım “Turan” klubundan əvvəl 6 aylıq 100 min dollar alıb, keçidim üçün “Slaviya”ya verdim. Onda məni Azərbaycanda heç kim tanımırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”, “Qəbələ” və “Bakı” klublarında çıxış etmiş bolqarıstanlı legioner Asen Nikolov deyib.
Vətənində verdiyi geniş müsahibədə maddi imkanlarının haradan qaynaqlandığını açıqlayan 35 yaşlı veteran ölkəmizdə oynadığı müddətdə böyük paralar əldə etdiyini də gizlətməyib: “Növbəti anlaşma zamanı isə azad agent kimi müqavilə imzaladım. Bu dəfə heç kimə kompensasiya ödəmədən tək özümə 700 min dollar aldım. Azərbaycandan isə Vətənə 1 milyon dollarla qayıdırdım”.
Qeyd edək ki, “Bebeto” ləqəbli futbolçu ölkəmizdə debüt etdiyi 2004/05 mövsümündə Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilmişdi.

0
0