“Qarabağ” Zaqatalaya tam heyətlə yollanmadı
19.10.2011 - 14:29
“Qarabağ” Zaqatalaya tam heyətlə yollanmadı
Premyer Liqanın X turunda “Simurq”un qonağı olacaq “Qarabağ” Zaqatalaya yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün səhər Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşq edən komanda nahardan sonra səfərə çıxıb. Axşam Zaqatalada məskunlaşacaq Ağdam təmsilçisi sabah oyunun keçiriləcəyi Olimpiya İdman Kompleksinin stadionda məşqə çıxacaq.

“Qarabağ” oyun tam heyətlə getməyib. Zədə səbəbindən yarımmüdafiəçilər - Emin İmaməliyevlə makedoniyalı Nderim Nedzipi Zaqatalaya aparılmayıb. Əvəzində eyni səbəbdən “Rəvan”la oyunu buraxan müdafiəçi Qara Qarayev komanda ilə birgə oyuna yollanıb.

Qeyd edək ki, “Simurq” – “Qarabağ” oyunu oktyabrın 21-də saat 17:00-da keçiriləcək.