“Çelsi”dən 5 cavabsız qol, “Arsenal” son dəqiqədə sevindi
20.10.2011 - 00:37
“Çelsi”dən 5 cavabsız qol, “Arsenal” son dəqiqədə sevindi
Bu gün Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Fransada keçirilən günün mərkəzi oyunu meydan sahibləri üçün uğursuz olub. “Arsenal” son dəqiqədə qələbə topunu vura bildi və “Marsel”i cari mövsümdə ilk yenən komanda oldu. Bu, londonlulara liderliyi ələ keçirməyə imkan verdi. Cari mövsümdə uğursuz çıxış edən Dortmund “Borussiya”sı növbəti məğlubiyyətini Yunanıstanda autsayderdən alıb. Nəticədə “Olimpiakos” axırıncı pilləni son Almaniya çempionuna təhvil verib.

“Barselona” ilə “Milan” evdə gözlənilən qələbələri qazanıb bu, eyni hesablı olub. “Çelsi” autsayder “Genk”i İngiltərəyə gəlməyə peşman edib. Londonlular 5:0-lıq darmadağında 4 qolu hələ ilk hissədə vurub. “Bayer” “Valensiya” üzərində əzmkar qələbə ilə 2-ci pillədə mövqeyini daha da möhkəmlədib və ən yaxın izləyicisi olan ispanları artıq 4 xal qabaqlayır.

Avropada APOEL sensasiyası davam edir. Məğlubedilməz Kipr təmsilçisi Avroliqanın son qalibi olan “Porto”ya da uduzmadı və ardıcıl 2-ci səfər oyunu 1:1 hesabı ilə nəticələndi. Onunla bərabərliyə qalan “Şaxtyor” isə yenə öz meydanında heç-heçə oynadı. Halbuki donetsklilər “Zenit”lə görüşdə 2 dəfə hesabda irəli çıxsa da, üstünlüyünü qoruya bilmədi.

A qrupu
“Napoli” (İtaliya) – “Bavariya” (Almaniya) - 1:1
Badştuber, 39 (avtoqol) - Kross, 2
“Mançester Siti” (İngiltərə) – “Vilyarreal” (İspaniya) - 2:1
Marçena, 43 (avtoqol); Aquero, 90 - Kani, 4

“Bavariya” 3 2 1 0 5-1 7
“Napoli” 3 1 2 0 4-2 5
“Mançester Siti” 3 1 1 1 3-4 4
“Vilyarreal” 3 003 1-6 0

2 noyabr: “Bavariya” – “Napoli”, “Vilyarreal” – “Mançester Siti”



B qrupu
MOİK (Rusiya) – “Trabzonspor” (Türkiyə) - 3:0
Dumbiya, 29; 86; Saunya, 76
“Lill” (Fransa) – “İnter” (İtaliya) - 0:1
Passini, 21

“İnter”3 2 014-36
MOİK3 1 117-54
“Trabzonspor” 3 1 1 1 2-4 4
“Lill”3 021 3-4 2

2 noyabr: “İnter” – “Lill”, “Trabzonspor” – MOİK



C qrupu
“Otselul” (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2
Runi, 64; 90 (hər ikisi penaltidən)
“Bazel” (İsveçrə) – “Benfika” (Portuqaliya) - 0:2
Sezar, 20; Kordozo, 75

“Benfika”3 2 104-17
“Mançester Yunayted”3 1 206-45
“Bazel” 3 111 5-6 4
“Otselul”3 003 1-5 0

2 noyabr: “Mançester Yunayted” – “Otselul”, “Benfika” – “Bazel”



D qrupu
“Real” (İspaniya) – “Lion” (Fransa) - 4:0
Benzema, 19; Xedira, 47; Özil, 55; Ramos, 81
“Dinamo” (Xorvatiya) – “Ayaks” (Hollandiya) - 0:2
Burriqter, 49; Eriksen, 90

“Real”3 3 007-09
“Ayaks”3 1 112-34
“Lion”3 111 2-3 4
“Dinamo”3 003 0-5 0

2 noyabr: “Lion” – “Real”, “Ayaks” – “Dinamo”



E qrupu
“Bayer” (Almaniya) – “Valensiya” (İspaniya) - 2:1
Andre Şürle, 52; Sidney Sam, 56 - Jonas, 24

“Çelsi” (İngiltərə) – “Genk” (Belçika) - 5:0
Raul Meyreleş, 8; Fernando Torres, 11; 27; Bronislav İvanoviç, 43; Salomon Kalu, 72

“Arsenal” 3 2 1 0 4-2 7
“Marsel” 3 2 0 1 4-1 6
“Olimpiakos” 3 1 0 2 3-4 3
“Borussiya” 3 0 1 2 2-6 1

1 noyabr: “Arsenal” – “Marsel”, “Borussiya” – “Olimpiakos”



F qrupu
“Marsel” (Fransa) – “Arsenal” (İngiltərə) - 0:1
Aaron Ramsey, 90

“Olimpiakos” (Yunanıstan) – “Borussiya” (Almaniya) - 3:1
Jose Holebas, 8; Rafik Djebbur, 40; Fransois Modesto, 79 - Robert Levandovski, 26

“Çelsi” 3 2 1 0 8-1 7
“Bayer” 3 2 0 1 4-3 6
“Valensiya” 3 0 2 1 2-3 2
“Genk” 3 0 1 2 0-7 1

1 noyabr: “Genk” – “Çelsi", “Valensiya” – “Bayer”



G qrupu
“Şaxtyor” (Ukrayna) – “Zenit” (Rusiya) - 2:2
Villian, 15; Luiz Adriano, 45 - Roman Şirokov, 32; Viktor Fayzullin, 60
8-ci dəqiqədə Şirokov (Zenit) penaltini vura bilməyib.

“Porto” (Portuqaliya) – APOEL (Kipr) - 1:1
Hulk, 13 - Ailton Jose Almeyda, 19

APOEL 3 1 2 0 4-3 5
“Zenit” 3 1 1 1 6-5 4
“Porto” 3 1 1 1 4-5 4
“Şaxtyor” 3 0 2 1 4-5 2

1 noyabr: APOEL – “Porto”, “Zenit” – “Şaxtyor”



H qrupu
“Milan” (İtaliya) – BATE (Belarus) - 2:0
Zlatan İbrahimoviç, 33; Kevin-Prince Boateng, 70

“Barselona” (İspaniya) – “Viktoriya” (Çexiya) - 2:0
İniyesta, 10; David Vilya, 82

“Barselona” 3 2 1 0 9-2 7
“Milan” 3 2 1 0 6-2 7
“Viktoriya” 3 0 1 2 1-5 1
BATE 3 0 1 2 1-8 1

1 noyabr: BATE – “Milan”, “Viktoriya” – “Barselona”