1147 dəqiqə gözlə, komanda yoldaşından qol burax
19.10.2011 - 16:08
Almaniya yığmasının qapıçısı Manuel Noyerin möhtəşəm seriyası qırıldı. Apasport.az saytının məlumatına görə, payızda ilk qolunu buraxan “Bavariya”nın qapıçısının 1147 dəqiqəlik “quru seriya”sı dayandı.
Bu, Çempionlar Liqasının (ÇL) III turunda İtaliyanın “Napoel” klubu ilə səfər oyununda (1:1) reallaşdı. Özü də maraqlıdır ki, 39-cu dəqiqədə bunu rəqib yox, komandanın öz futbolçusu – müdafiəçi Olqer Badştuber gerçəkləşdirdi. Hər halda, 12 oyunda seriyaya malik Noyer hələ də rəqibdən qol buraxmamağı ilə öyünə bilər.
Qapıçısının rekordunun dayanmağı ilə ÇL-in cari mövsümündə ilk xal itkisinə məruz qalan “Bavariya” sonuncu dəfə Bundesliqanın I turunda qol buraxmışdı. Bu, Münhen təmsilçisinin avqustun 7-də Mönhenqladbaxtın “Borussiya” klubuna evdə 0:1 hesabı ilə uduzduqları matçda olmuşdu.
Qeyd edək ki, Noyer yığmanın heyətində son seçmə mərhələdə millimizlə hər 2 görüşdə topu öz qapısından çıxarmalı oldu. Kölndə onu buna Vaqif Cavadov, Bakıda Murad Hüseynov məcbur etdi.

0
0