“Bizim futbolçular görmədikləri günlərə düşüblər” - MÜSAHİBƏ
19.10.2011 - 16:56
AFFA-nın sabiq baş katibi Fuad Əsədovun apasport.az saytına müsahibəsi
- Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsində çıxışını başa vurdu. Komandanın çıxışını necə dəyərləndirərdiniz?
- Millinin çıxışına qiymət vermək istəmirəm. Yığmanın ifasında oyun yoxdur. 7 xal nədir ki? Estoniyaya baxın, az qala Avropa çempionatının final mərhələsinə çıxır. Hələ erməniləri demirəm. Deyirik ki, acından ölürlər. Amma İrlandiyada hakimlərin köməyi ilə uduzdurulduqlarından şikayətlənirlər. Nəticəni də Estoniya, Ermənistan, Belarus qazanıb, biz yox.
- Baş məşqçi Berti Foqtsun işinə necə qiymət verirsiniz?
- Əvvəl Karlos Alberto Torres gəlmişdi, sonra da Berti Foqts. Deyirlər ki, futbolu qaldırmağa gəlmişik. Bəyəm, Foqts “ştanqist”dir ki, nəsə qaldırsın? Komandamız nə edirsə, futbolçuların sayəsində edir. Komandada məşqçi işi yoxdur. Türkiyəni Bakıda niyə uddular? Uddular ki, özlərini qardaş ölkəyə göstərsinlər. Başqa oyunlarda isə can yandırmırlar. Məşqçinin də işi odur ki, onları həmişə belə oynamağa məcbur etsin. Bu futbolçular istəyəndə oynayırlar.
- Belə çıxır ki, futbolçular həmişə işə can yandırmırlar...
- Bizim futbolçular görmədikləri günlərə düşüblər. Hamısının ayaqlarının altında maşınları, evləri... Sağlıqlarına qismət. Amma adam hər şeyi olanda da gərək işinə can yandırsın. Xaricdə milyonlar qazanan futbolçu oyuna çıxanda 90 dəqiqə meydanda can qoyur. Çünki çörəyinin burdan çıxdığını başa düşür.
- Demək istəyirsiniz ki, futbolçuların başını sığallamaq düzgün deyil...
- O vaxt Zaur Tağızadə də belə oldu. Fuad Musayev onun adını “Qızıl oğlan” qoydu. O qədər təriflədilər ki, axırda karyerasına xitam verildi. Halbuki, Avropa klublarında oynamaq iqtidarında idi. Zaurda hər şey vardı. Lakin təriflər buna imkan vermədi. İndi də futbolçularımız 1 oyun udan kimi, elə bilirlər dünyada hamıdan güclüdürlər.
- Deyirsiniz ki, Foqts iş görmür, futbolçular isə işə can yandırmırlar. Bəs milli kimə tapşırılsın: yerli məşqçiyə, yoxsa işləyən əcnəbiyə?
- Milli komandada yerli məşqçi çalışmalıdır. Çünki futbolçularla məşqçinin səviyyəsi bir-birinə uyğun olmalıdır. Futbolçu olmayandan sonra kimi gətirsən, xeyri yoxdur. Tutalım, ser Aleks Ferqyussonu gətirdilər yığmaya. Nə dəyişəcək?
- AFFA-nın İntizam Komitəsinin iclasında Vaqif Cavadovla bağlı qərar çıxarılıb. Millinin düşərgəsini özbaşına tərk etdiyi üçün futbolçu 1 illik yığmadan kənarlaşdırılıb. Üstəlik, Azərbaycan klubuna qayıdarsa 5 oyun buraxacaq və komandası 5 min manat ödəməli olacaq. Bu cəza nə dərəcədə düzgündür?
- Cavadovla bağlı AFFA-nın qərarını sizdən eşidirəm. Buna şərh verə bilmərəm. Çünki indiki İntizam Məcəlləsini bilmirəm. Əgər orada belə bənd varsa, deməli, düzgün qərardır. Lakin bizim vaxtımızda belə bənd yox idi. Çünki o vaxt belə halla üzləşəcəyimizi düşünmürdük. Fikirləşirdik ki, hər bir futbolçu üçün yığmaya gəlmək şərəf, qürurdur. Heç kim də bundan imtina etməz. Gəlmək istəmirsə, heç gəlməsin.
- Cavadovun hərəkətini necə qiymətləndirirsiniz?
- Cavanlıq edib, səhv edib. Amma belə də olmaz. Axı futbolçu kimdir ki, məşqçiyə “məni niyə əvəzlədin” desin? Bu, məşqçinin işidir. Heç bir futbolçu onun işinə qarışa bilməz. Eşitmişəm ki, Elnur Allahverdiyev də narazılıq edir. Yığmaya 23 futbolçu çağırılır, 18-i protokola yazılır, 11-i meydana çıxır. Məşqçi neyləməlidir ki? Futbolçunu belə narazılığı varsa, məşqçi ilə söhbət etməlidir. Yoxsa bunu mətbuata danışması düzgün deyil.

0
0