Millimizlə oyundakı zədə Ardanı “Atletiko”dan ayırdı
19.10.2011 - 16:45
Arda Turan Türkiyə yığmasının heyətində millimizlə oyunda aldığı zədənin əziyyətini çəkməkdədir. Apasport.az saytının məlumatına görə, Madrid “Atletiko”sunun futbolçusu Avroliqanın III turunda “Udineze” ilə sabahkı səfər oyununda iştirak edə bilməyəcək. Bu azmış kimi, Arda heç İtaliyaya aparılmayıb.
Millimizlə oyunda sağ ayağının üst əzələsində problem yaşayan Turanın son 1 həftədə sağalması yönündə müsbət dəyişiklər olsa da, bu, “Udineze” ilə oyuna kimi başa çatdırılmayıb. Üstəlik, yarımmüdafiəçi İtaliyada yubileyin də iştirakçısı ola bilməyəcək.
Belə ki, son oyunlarda qol vurmaqda çətinlik çəkən “Atletiko” UEFA matçlarında 98 dəfə rəqib qapısına yol tapıb və daha 2 dəfə fərqlənərsə, 100-ə çatacaq.

0
0