Vaqif Cavadov: Yuxumu qadınlara qurban verdim - FOTO
19.10.2011 - 17:02
Həmyerlimiz Vaqif Cavadov Rusiyada xanımlarla keçirdiyi yoldaşlıq görüşündən narazı qalıb. Apasport.az saytının məlumatına görə, hücumçunun çıxış etdiyi “Volqa” klubunun heyətində “Miss Nijni-Novqorod-2011” 16-cı regional gözəllik müsabiqəsinin iştirakçıları ilə bugünkü oyun onun ürəyincə olmayıb.
Halbuki kişi futbolçular zərif cinsin nümayəndələri ilə qüvvəsini sınamağı çox arzulayır. Ancaq bərabərliklə nəticələnən oyunda qol vurmayan Vaqif yatmağı daha üstün tutduğu etiraf edib: “Yatmaq istəyirdik, ancaq yuxumuzu qadınlara qurban verdik. Hərçənd, yatsaydıq, daha yaxşı olardı”.
Qeyd edək ki, “Volqa”nın futbolçuları “Gözəllik idmana qarşı” şüarı ilə Nijni-Novqorodun elitar fitnes mərkəzində keçirilən oyun bitəndən sonra xanımlara qızılgül hədiyyə ediblər.

0
0