Amit Quluzadə 55 dəqiqə oynadı
19.10.2011 - 17:15
Türkiyə Bank Asya I liqasında mübarizə aparan “Kayseri Ərciyəsspor” bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin də çıxış etdiyi komanda VII tur çərçivəsində turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “İstanbul Güngörənspor”la qarşılaşıb.
Gərgin keçən oyunda hesab açılmayıb. Bu nəticədən sonra “Kayseri Ərciyyəspor” ikinci pillədəki yerini itirib.
Qeyd edək ki, Amit bu görüşdə start heyətdə meydana çıxsa da, 55-ci dəqiqədə əvəzlənib.
Gərgin keçən oyunda hesab açılmayıb. Bu nəticədən sonra “Kayseri Ərciyyəspor” ikinci pillədəki yerini itirib.
Qeyd edək ki, Amit bu görüşdə start heyətdə meydana çıxsa da, 55-ci dəqiqədə əvəzlənib.
0
0