Yığmamızın futbolçusuna “3” verdilər
20.10.2011 - 08:43
Yığmamızın futbolçusuna “3” verdilər
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyə Bank Asya I liqasında ən zəif oyununu keçirib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə mübarizə aparan “Kayseri Ərciyəsspor”un növbəti oyunu həmyerlimiz üçün uğursuz alınıb.

Belə ki, VII tur çərçivəsində turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “İstanbul Güngörənspor”la qarşılaşmada Amitin komandası 2 xal itkisinə üzülüb – 0:0. Quluzadənin özü isə start heyətində meydana çıxdığı görüşün ən zəif iştirakçılarından olub.

56-cı dəqiqədə Vassva ilə əvəzlənən yarımmüdafiəçimiz meydanda göstərdiklərinə görə Türkiyə mətbuatından 3 qiyməti alıb. Qonaqların heyətində yalnız 3 futbolçu belə zəif təsir bağışlayıb. Amitlə yanaşı onu əvəzləyən Vassva və Cenk də belə aşağı qiymətləndirilib.