“Bakı” – “Xəzər Lənkəran” görüşü FİFA hakiminə tapşırıldı
20.10.2011 - 09:10
“Bakı” – “Xəzər Lənkəran” görüşü FİFA hakiminə tapşırıldı
Premyer Liqanın X turunun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi matçları təcrübəli referilərə tapşırılıb.

Belə ki, “Bakı” – “Xəzər Lənkəran” görüşünü FİFA hakimi Fariz Yusifov, “İnter” – “Qəbələ” qarşılaşmasını isə Rövşən Əhmədov idarə edəcəklər.

21 oktyabr (cümə)

15:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
17:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev
Zaqatala şəhər stadionu.

22 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə şəhər stadionu. Saat
17:00. AZAL – “Rəvan”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov
"AZAL Arena" stadionu.

23 oktyabr (bazar)

15:00. “Turan” – “Sumqayıt Şəhər”
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov
Tovuz şəhər stadionu.
19:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev
"Şəfa" stadionu.