Yığmamızın almanlarla ardıcı 2-ci heç-heçəsi
20.10.2011 - 10:02
Yığmamızın almanlarla ardıcı 2-ci heç-heçəsi
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Frankfurtun “Ayntraxt” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə görüşən yığmamız heç-heçə edib – 1:1. Komandamızın qolunu Kamran Nəcəfzadə vurub.

Qeyd edək ki, almaniyalı Nikolay Adamın baş məşqçisi olduğu yığmamız bundan əvvəl “FSV Frankfurt” klubunu ilə bərabərliyə qalmışdı (2:2).

Mənbə: affa.az