“Emin Ağayevin məsləhətləri ilə özümə inandım”
20.10.2011 - 10:27
“Peşəkar karyeram “Anji”də başladı. Bu ilin qışında Türkiyə toplanışında olanda “Daqdizel”in indiki baş məşqçisi Emin Ağayev də həmin klubda çalışırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Daqdizel” klubunun futbolçusu Mixail Pometsko deyib.
24 yaşlı müdafiəçi komandasının uğurlarında da, özünün oyundan-oyuna ayxşı oynamasında da baş məşqçinin əməyinin olduğunu bildirib. Pometsko Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin bu posta gəlişinin müsbət nəticələndiyini düşünür: “O, ikinci komandada bizimlə oynayırdı da. Onun məsləhətləri və təcrübəsi məndə özünəinamı artırdı, meydanda bacardığımı göstərməyə kömək etdi. Onun Yuri Maqdeyevlə birlikdə “Daqdizel”ə gəlişi ilə mənə daha çox inanmağa başladılar. Məşqlərimiz isə daha çox zarafatla, şən əhval-ruhiyyədə keçir. Bu da komandaya müsbət təsir edir”.

0
0