“Kimi istəmirdiksə, o da bəxtimizə çıxıb” - MÜSAHİBƏ
20.10.2011 - 12:08
Futzal üzrə Azərbaycan yığmasının və Naxçıvanın “Araz” klubunun üzvü Vitali Borisovun apasport.az saytına müsahibəsi
- Çempionlar Liqasının elit raundundakı rəqibləriniz müəyyənləşib. Komandalar barədə hansı fikirdəsiniz?
- Biz qrup mərhələsində Hollandiyanın “Eyndhoven”, Çexiyanın “ERA Park” və İspaniyanın “Barselona” klubu ilə görüşəcəyik. Düzü, birinci komanda barədə heç bir məlumatım yoxdur. Çünki beynəlxalq miqyaslı turnirlərdə heç vaxt üz-üzə gəlməmişik. “ERA Park”a gəlincə, bu komandanın heyətində Çexiya millisinin üzvləri var ki, bu və digər komandaların heyətində onlara qarşı oynamışıq. Rəqib braziliyalı futzalçılar da alıb. Deyərdim ki, güclü rəqibdir. “Barselona”nın bir cümlə ilə xarakterizə etmək olar – onlar yarışın favoritidir. İspaniya təmsilçisi Avropanın ən keyfiyyətli klublarından biridir.
- Necə fikirləşirsiniz, “Araz”ın bəxtinə yaxşı rəqiblər düşüb?
- Yox. Kimi istəmirdiksə, o da bəxtimizə çıxıb. Biz “Barselona” ilə yanaşı, İtaliya və Ukrayna təmsilçiləri ilə qrup mərhələsində üz-üzə gəlmək istəmirdik. Ən pis ehtimal kimi, İtaliyanı təmsil edən klubla görüşmək fikrində idik. Amma yenə də demək olmaz ki, biz arzulamadığımız, ölüm qrupuna düşmüşük. Çünki digər iki komanda normal rəqibdir.
- Bu oyunların hazırlığına artıq başlamısınız?
- Hazırlıq püşk atılmazdan öncə də davam edirdi. Artıq gündə iki dəfə məşq edirik. Əlbəttə ki, rəqiblər məlum olduqdan sonra məşq prosesi daha da intensivləşib. Çempionatda iki əsas rəqibimizlə oyun qalmasına baxmayaraq, artıq biz Avropa miqyaslı turnirə hazırlaşırıq.
- “Araz”la rəqibləri müqayisə edəndə heyət baxımından ciddi səviyyə fərqi meydana gəlirmi?
- Komandanın heyətində yaxşı futzalçılar var. Amma hesab edirəm ki, problemlərimiz də az deyil. Heyətin tez-tez dəyişməsi əsas narahatlıq doğuran məsələdir. Komandanın heyəti ötən il, eləcə də bu il dəyişikliyə məruz qaldı. Heyətin tez-tez dəyişməsi bəzi yeni problemlər meydana gətirir. Komanda yenidən formalaşmaq məcburiyyətində qalır. Sözsüz ki, yeni gələnlər zəif deyil. Amma onların oyun stilinə uyğunlaşması, zaman aparır.
- Hazırkı baş məşqçiniz Joze Alesio vaxtilə “Barselona”da oynayıb. O, sabiq komandası barədə sizə nəsə danışıbmı?
- Xeyr. Hələlik belə bir söhbət olmayıb. Yəqin ki, yarışın başlanmasına bir həftə qalmış bu söhbətlər ediləcək. Sözsüz ki, pilləkənləri bir-bir çıxmaq lazımdır. Biz öncə Hollandiya klubu ilə görüşəcəyik, onların oyununu analiz etməliyik. Ardından Çexiya təmsilçisi barədə düşünməliyik. Məhz bu iki oyunu udandan sonra “Barselona”nı fikirləşmək olar. Lakin indidən özümü bu oyuna hazırlayıram. İspaniya klubunun iştirakı ilə keçirilən oyunları izləyirəm.
- “Araz”ın bu rəqiblər qarşısında nə kimi üstünlüyü var?
- Biz Çexiya və Hollandiya klubunu reytinq baxımından üstələyirik. Çalışmalıyıq ki, oyun baxımından da üstün olaq. “Barselona” qarşısında da üstünlüyümüz var. Onlar bizi ciddi rəqib kimi qəbul etməyə bilərlər. Sözsüz ki, əsl peşəkarlıq səviyyəsini götürsək, onlar bizi çox üstələyirlər. İspaniya çempionatı bizim çempionatdan qat-qat üstündür. Rəqibin peşəkarlığını da qabartmaq lazımdır. Biz həmin gün ən yaxşı oyunumuzu oynasaq, bəlkə də bəxt üzümüzə güldü, uğur qazandıq.
- Çempionatın qrafiki çox sıxdır. Bu, nəsə çətinlik törədə bilərmi?
- Artıq bu sistemə uyğunlaşmışıq. Biz artıq bu sistem üzrə neçə dəfədir ki, mübarizə aparırıq. Sıxlıq problem yaratmamalıdır. Qanun təkcə bizim üçün deyil. “Barselona” və “Araz” eyni qrafikdə yarışacaq.
- “Barselona”nın güclü rəqib olması məlumdur. Komanda ruhunu nəzərə alıb, “Barselona”nı məğlubiyyətə uğratmağa söz vermək olarmı?
- Əlbəttə ki, nəticə meydançada müəyyənləşəcək. Qüvvələr nisbəti fərqli olsa da, 40 dəqiqə ərzində nələr olacağını yalnız Allah bilir. Məncə, hər şey əlimizdədir. Həmin vaxt biz güclü olsaq, bəlkə də oyunu apardıq. Sözsüz ki, meydançaya çıxana qədər favorit “Barselona”dır. Nəzərə alın ki, “Barselon”a böyük futbolda da zəiflərə uduzur.
- Razılaşaq ki, Azərbaycan çempionatında səviyyəli komanda bir qədər azdır. Bu, sizin üçün müsbət, yoxsa mənfi tərəfdir?
- Əlbəttə ki, mənfi təsir göstərir. Əgər çempionatda 2-3 “Araz”, 2-3 “Araz”dan da güclü komanda olsa, çempionat tamam başqa məcrada keçər. Əgər daxili yarışda yaxşı rəqabət olsa, biz Avropaya da sakit şəkildə gedərik. Yoxsa, çempionat oyununda meydançaya çıxıb 20-30 dəqiqəyə 20-30 qol vurursan. Avropaya yollananda isə çətinliklər başlayır.
- Azərbaycan çempionatına azarkeş marağı sizi qane edirmi?
- Yox. Boş tribunalar qarşısında oynayırıq. Əgər tribunalar dolu olsa, onda futzalçı daha da yaxşı mübarizə aparar. Çempionatın mərkəzi oyunu canlı yayımlanmır, azarkeş marağı yoxdur. Sözsüz ki, səviyyə də aşağıdır.
- Bəs niyə uzun müddətdir ki, Azərbaycan çempionatında oynayırsınız?
- Mən klubumdan deyil, Azərbaycan çempionatının səviyyəsindən narazıyam. İstərdim ki, özümü daha güclü və aqressiv çempionatda sınayım. Amma hələ ki, “Araz”la müqaviləm qüvvədədir.

0
0