Mərkəzi oyunlar Bakıda, tarixi derbi Gəncədə, autsayderlərin savaşı Tovuzda
20.10.2011 - 12:31
Sabah Premyer Liqada X turun görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, maraqlı qarşılaşmalarla zəngin turda 2 mərkəzi oyun olacaq.
Paytaxt təmsilçiləri “Bakı” ilə “İnter” əyalət klubları “Xəzər Lənkəran”la “Qəbələ”ni qəbul edəcək. “Bakı”nın bazasında keçiriləcək görüş əsas komandanın orada ilk rəsmi oyunu kimi tarixə düşəcək. Belə matçda rəqibin lider olmağı qələbəni daha da stimullaşdırır. “Xəzər Lənkəran”da isə əsas stimul rumıniyalı baş məşqçisi Mirça Rednikin komandanı yubiley - 50-ci oyuna çıxarmağıdır. “Bakı”nın Kosta-rika yığmasının da üzvü olan hücumçusu Uinston Parks ötən mövsüm cənub təmsilçisində oynadığından, prinsipial görüşə çıxacaq.
3 oyunluq məğlubiyyət seriyasına ötən turda “Kəpəz” üzərində qələbə (2:0) ilə son qoyan “Qəbələ” axır vaxtlar yüksəlişdə olan “İnter”lə qarşılşacaq. Toni Adamsın çalışdırdığı komanda səfərdə çıxış etsə belə, 1 xala qane olmamalıdır. Çünki qələbə ona “İnter”ə xalları bərabərləşdirməyə imkan verəcək və bu zaman rəqiblərindən uzaq düşəcək.“Bankirlər” isə “Xəzər Lənkəran” və “Neftçi” ilə görüşlərdəki qələbə seriyasını davam etdirməyə iddialıdır. Cənub klubunun bu turda büdrəməyinin mümkünlüyü nəzərə alsaq, “İnter”ə qələbə xal fərqini daha da azaltmağa imkan verəcək.
“Qəbələ”nin bu yay “İnter”dən transfer etdiyi Rövşən Əmiraslanovla Aleksandr Çertoqanov keçmiş komandaları ilə görüşəcək. Çertoqanovdan fərqli əsas heyətə düşə bilməyən Əmiraslanov ötən mövsüm Qəbələdəki oyunda vurulan yeganə qolun müəllifi kimi indiki komandasını məğlub etmişdi.
Sözsüz ki, “Kəpəz” – “Neftçi” oyunu da turun maraqlı görüşlərindən biri olacaq. Bu, artıq tarixi derbidir və rəqabətin yaranmağı 90-cı illərə gedib çıxır. Onda “Kəpəz” də “Neftçi” kimi çempionluğa oynayırdı və aralarındakı matçlar gərgin mübarizə şəraitində keçirdi. İndi gəncəlilər rəqibindən fərqli, qızıl medallar uğrunda mübarizə aparmasa da, həmin prinsipiallıq qalır. Üstəlik, “Kəpəz” uzun fasilədən sonra yenidən bu adla “Neftçi”nin qarşısına çıxacaq. Komanda 2005/06 mövsümünün ortasında “Gəncə”yə çevrildiyindən, 6 il belə çıxış etdi və mövsümlərarası fasilədə əvvəlki adını qaytardı.
Qərb bölgəsində 2-ci oyunda isə autsayderlərin mübarizəsi olacaq. “Turan”la “Sumqayıt Şəhər” turnir cədvəlində son pillələrdə yer alıb. Tovuzlular evdə qalib gələrsə, son pillədəki rəqibi ilə xal fərqini 7-yə yüksəldəcək.
“Turan”dan 1 pillə qabaqda olan “Simurq” da bu tur evdə oynasa da, daha çətin sınaq qarşısındadır. Çünki Zaqatala klubu çempionluğa oynayan “Qarabağ”ı qonaq edəcək və qələbə şansı azdır. “Simurq” tovuzluları özündən irəli buraxmamaq üçün qalib gəlməyə borcludur. Tarixində ilk dəfə görüşəcək AZAL-la “Rəvan” turun yeganə Bakı derbisinin iştirakçısı olacaq. Vladislav Qədirovu baş məşqçi postuna qaytarandan sonra inamlı çıxış edən “Rəvan” ən azı məğlubiyyətsiz seriyasını 4 oyuna çatdırmağa çalışacaq.
21 oktyabr
15:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
Bakıdakı oyunların balansı: 9 oyun: +3=4-2 (topların fərqi – 8-7)
2004/05 mövsümü – 2:0, 2005/06 – 1:1, 2006/07 – 1:0, 2007/08 – 2:2, 2008/09 – 0:0, 2009/10 – 0:3 (təsnifat), 1:0 (“altılıq”), 2010/11 – 1:1 (təsnifat), 0:0 (“altılıq”)
17:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Zaqataladakı oyunların balansı: 5 oyun: +3=1-1 (topların fərqi – 5-1)
2006/07 mövsümü – 3:0, 2007/08 – 1:0, 2008/09 – 0:0, 2009/10 – 1:0 (təsnifat), 2010/11 – 0:1 (təsnifat)
22 oktyabr
15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə. Şəhər stadionu
Gəncədəki oyunların balansı: 15 oyun: 8=2-5 (topların fərqi 17-17)
1992 – 1:0, 1993 – 2:0, 1993/94 – 3:0 (texniki qələbə), 1994/95 – 2:1, 1995/96 – 0:0 (təsnifat), 1996/97 – 1:1, 1997/98 – 2:0, 1998/99 – 2:0 (təsnifat), 1:0 (“altılıq”), 1999/00 – 1:0, 2000/01 – 1:3, 2003/04 – 1:2, 2004/05 – 0:1, 2005/06 – 0:5, 2010/11 – 0:4
Qeyd: 1995/96 mövsümün “altılığ”ında bütün oyunlar Bakıda keçirildiyindən, “Kəpəz”in 2:1 hesablı ev qələbəsini nəzərə almamışıq.
17:00. AZAL – “Rəvan”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov
Bakı. "AZAL Arena" stadionu
Komandalar ilk dəfə görüşürlər
23 oktyabr
15:00. “Turan” – “Sumqayıt Şəhər”
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov
Tovuz. Şəhər stadionu.
Komandalar ilk dəfə görüşürlər
19:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev
Bakı. "Şəfa" stadionu.
Bakıdakı oyunların balansı: 6 oyun: +4=2-0 (topların fərqi - 14-4)
2006/07 mövsümü – 2:0, 2007/08 – 4:0, 2008/09 – 1:1, 2009/10 – 3:2 (təsnifat), 4:1 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat)
Bombardirlər: Sergey Artyux (Turan), Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi “Kəpəz”), Luiz Hilario ("Qəbələ") – 4.

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Xəzər Lənkəran | 9 | 7 | 1 | 1 | 14-5 | 22 |
| 2 | İnter | 9 | 5 | 2 | 2 | 7-5 | 17 |
| 3 | Neftçi | 8 | 5 | 0 | 3 | 11-6 | 15 |
| 4 | Bakı | 9 | 4 | 3 | 2 | 9-6 | 15 |
| 5 | Qəbələ | 9 | 4 | 2 | 3 | 11-10 | 14 |
| 6 | Qarabağ | 8 | 4 | 2 | 2 | 10-6 | 14 |
| 7 | Kəpəz | 9 | 3 | 2 | 4 | 14-15 | 11 |
| 8 | Rəvan | 9 | 2 | 4 | 3 | 11-12 | 10 |
| 9 | AZAL | 9 | 2 | 4 | 3 | 10-12 | 10 |
| 10 | Simurq | 9 | 2 | 2 | 5 | 7-11 | 8 |
| 11 | Turan | 9 | 2 | 1 | 6 | 7-13 | 7 |
| 12 | Sumqayıt Şəhər | 9 | 0 | 3 | 6 | 3-13 | 3 |

0
0