Adrenalin və fantastik rekord
20.10.2011 - 14:21
Adrenalin və fantastik rekord
Premyer Liqanın X turu “Kəpəz” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi tarixində 350-ci dəfə Mehman Allahverdiyevin rəhbərliyi altında meydana çıxacaq.

Prinsipial rəqib “Neftçi” ilə ev oyununda yubileyini qeyd edəcək 51 yaşlı mütəxəssis 1993/94 mövsümündə debüt etdiyi komandanı bu günədək 349 görüşə çıxarıb. 1993-cü ilin yayından 2003-cü ilin yayınadək bu vəzifədə çalışan, bu ilin yazında yenidən postuna qayıdan mütəxəssis bununla da Azərbaycan futbolu tarixindəki şəxsi rekordunu 350 həddinə çatdıracaq. Belə ki, Azərbaycan futbolu tarixində heç bir məşqçi eyni klubu 350 matça çıxarmayıb.

Allahverdiyev 28 müxtəlif yarışda 3 Azərbaycan çempionluğu, 4 ölkə kuboku qazandırdığı “Kəpəz”lə 209 qələbə qazanıb, 54 heç-heçə edib və 86 dəfə uduzub.

Qeyd edək ki, Allahverdiyevin yubiley matçı oktyabrın 22-də baş tutacaq.

turnir

İştirak sayı

O

Q

H

M

T

X

Azərbaycan çempionatı

11

267

163

43

61

571-258

532

Azərbaycan kuboku

8

59

42

9

8

144-45

135

Birlik kuboku

4

13

3

2

8

13-33

11

Avrokuboklar

5

10

1

0

9

5-27

3

Cəmi

28

349

209

54

86

733-363

681