UEFA siqaretə qadağa qoydu
20.10.2011 - 14:54
UEFA siqaretə qadağa qoydu
UEFA Avro-2012-in final mərhələsində siqaretə qadağa qoyub. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu gələn ilin yayında Polşada və Ukraynada həlledici oyunlarının keçiriləcəyi bütün stadionlarda tütün məhsullarının qəbulu, satışı və reklamına tam yasaq edəcəyini rəsmən açıqlayıb.

Bu, stadionun daxilində açıq zonalara və bütün sığınacaqlara da aiddir və deməli, arenada siqaret çəkmək mümkün olmayacaq.

UEFA-nın prezidenti Mişel Platini qərarlarını belə açıqlayıb: “Tütünsüz Avro-2012 – bu, azarkeşlərimizin sağlamlığına və bütün iştirakçılara hörmətdir. Əsas turnirimizdə sağlamlığın, təhlükəsizliyin və rahatlığın ən yüksək standartını saxlayırıq. Tütün bu standarta uyğun gəlmir”.