“Neftçi” – “Qarabağ” oyununun başlama saatı müəyyənləşib
20.10.2011 - 15:42
Premyer Liqanın I turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunun yeri və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 25-də keçirilməsi planlaşdırılan matç saat 15:00-da start götürəcək. Bu matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın avrokuboklardakı çıxışı üzündən təxirə salınmışdı.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın avrokuboklardakı çıxışı üzündən təxirə salınmışdı.
0
0