“Sözdə Hacıyev, əməldə Rednik”
21.10.2011 - 18:45
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə “Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednik arasında söz atışması səngimir. Müəyyən fasilədən sonra iş tapıb, paytaxt təmsilçisinin “sükanı arxası”na keçən Hacıyev Lənkəranda “Xəzər Lənkəran”a uduzduqdan sonra həmkarına “düşmən” kəsilib. Ulduzları barışmayan mütəxəssislər imkan düşdükcə, bir-birlərinin söz atmağı da xoşlayırlar. Bu səbəbdən apasport.az saytı onların hansının daha nüfuzlu olmasını öz facebook səhifəsində müzakirəyə çıxarıb.
“Kimin nüfuzu daha çoxdur: Böyükağa Hacıyevin, yoxsa Mirça Rednikin” sualını cavablandıranların düşüncələri də fərqlidir. Hacıyevi istefaya səsləyən də olub, dəstəkləyən də, hətta Qurban Qurbanovu yada salan da.
Orxan Novruzov: Hacıyev.
Yalçın Səmədli: Əlbəttə ki, Rednik. Müqayisə eləməyə dəyməz.
Kamil Kazimoff: Heç biri. Qurban Qurbanov. Məncə Hacıyev güclü komandada işləməyə hazır deyil. Bir dəfə çempion olmaq, güclü olmaq demək deyil.
Fərrux Həsənov: İndiki halda Rednik güclüdür. Turnir cədvəli bunu göstərir. Bir də ki, “Neftçi” Arif Əsədovun vaxtında daha güclü idi. Başa düşmək olmur, nə üçün “Neftçi” rəhbərliyi Əsədovu istefaya göndərdi. Berti Foqtsun komandası gündə uduzur, amma ona bir söz demirlər, ancaq 1 məğlubiyyətə görə məşqçini istefaya göndərmək məncə səhv addımdır.
Fuad Əzizli: Rednik.
Elvin Rüstəmov: Əlbəttə ki, Rednik. Burada bir neçə amil var ki, onlardan birincisi elə rumın mütəxəssisin təcrübəli olmasıdır. Bu baş məşqçi Rumıniyanın adlı-sanlı klublarında məşqçilik edib, təcrübəsi də göz önündədir. Rednik Azərbaycana gələn ən savadlı məşqçilərdən biri, bəlkə də elə birincisidir. Mənə elə gəlir ki, Böyükağa müəllim “Neftçi”ni çempion edə bilməyəcək. Hər dəfə oyundan sonra müxtəlif bəhanələr göstərir. Mətbuatda bəhanə yox, komandadakı problemləri yoluna qoymaq lazımdır. Mən “Neftçi”nin ən çılğın azarkeşi olaraq deyirəm ki, “Neftçi” bu il çempiona yaraşmayan, məzmunsuz oyun nümayiş etdirir. Böyükağa müəllim desə ki, “bu il çempionuq”, bu, reallıqla bir araya sığmır.
Vüqar Məmmədov: Böyükağa Hacıyev özündən razı, futboldan anlayışı olmayan bir məşqçidir. “Neftçi” kimi klub onu məşqçi təyin etməkdə səhv edib. Gec olmadan səhvini düzəltməlidir. İstefa!!!
Ağa Mustafazadə: Sözdə Hacıyev, əməldə Rednik.
Şahin Əzizov: Hacıyev ancaq pafosla danışmağı bilir. Bir dəfə bəxtəbəxt “Bakı”da çempion olub. Hər dəfə onu deməkdən yorulmur. Redniki isə lənkəranlı azarkeşlər öz doğmaları kimi sevirlər, onların rəğbətini çox qazanıb.

0
0