“AZAL kimi komandalara qarşı oynamaq çətindir”
21.10.2011 - 18:29
“Bütün rəqibləri qiymətləndiririk. Heç kimə güzəşt etmək fikrimiz yoxdur. Ciddi hazırlaşmışıq. AZAL da yaxşı komandadır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov deyib.
Bəhman Həsənovun istefasından sonra komandanın “sükanı arxası”na keçən və səfərdə ardıcıl iki qələbə, bir heç-heçəyə imza atan Qədirov uğurlu seriyanı AZAL-la oyunda da davam etdirmək niyyətindədir.
Maraqlıdır ki, “Rəvan”dan fərqli, “təyyarəçilər”in düşərgəsində ab-hava yaxşı deyil. Ötən mövsüm avrokuboklara vəsiqə qazanmağı bacaran AZAL indi heç də yaxşı durumda deyil. Komanda 9 oyundan cəmi 10 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Rəqibi dəyərləndirən Qədirov bu cür komandalarla oynamağın çətinliyindən danışıb: “AZAL 4-5 tur liderlər qrupunda yer aldı. Ciddi hazırlaşmaq lazımdır. Belə komandalara qarşı oynamaq çətin olur”.
AZAL-ı analiz etdiklərini deyən baş məşqçi komandasından qələbə gözlədiyini açıqlayıb: “Rəqibi analiz etmişik. Taktiki gedişlərini və zəif cəhətlərini bilirik. Komandamdan ancaq qələbə gözləyirəm”.
Sonda qeyd edək ki, “Qəbələ” ilə oyunda qırımızı vərəqə alaraq cızalı duruma düşən Şeriff Suma AZAL-la matçı da buraxacaq. Əvəzində Taqim Novruzov komandasına kömək edə biləcək.

0
0