“Azərbaycanda futbolçunun adlı-sanlı olması, heç nəyi dəyişmir”
21.10.2011 - 23:03
“Neftçi” ilə “Kəpəz” arasındakı əvvəlki qarşılaşmalar derbi oyunlar olub. Ancaq indi bu duelin derbiyə aidiyyatı yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in kapitanı Azər Məmmədov deyib.
Premyer Liqanın X turunun maraqlı oyunlarından biri bu gün Gəncədə keçiriləcək ki, yerli “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Tarixən ölkə çempionatının bəzəyi olan bu duel son zamanlar arxa plana keçib. Bunun da başlıca səbəbi “Kəpəz”in maliyyə üzündən fəaliyyətini dayandırması ilə bağlı idi.
Artıq cari mövsümdən bu komanda yenidən ölkə futbolunda öz sözünü deməyə başlayıb. Azarkeşlər də oyunu səbirsizliklə gözləyirlər: “Şəhərdə hamı bizdən qələbə gözləyir. Ötən il kubok oyunları daxil olmaqla, “Neftçi”yə böyük hesabla məğlub olduq. Yəqin ki, bu dəfə gülən tərəf biz olacağıq”.
Rəqibin zəif cəhətləri haqda danışarkən təcrübəli futbolçu psixoloji hazırlığa diqqət yetirib: “Neftçi” çempionluq, biz isə ilk “altılıq” uğrunda mübarizə aparırıq. Onlar Gəncəyə uduzub gəlirlər. Əhval ruhiyyələri yaxşı deyil. Düzdür, son oyunda biz də uduzmuşuq. Ancaq onlardan fərqli doğma meydanda deyil, səfərdə yenilmişik. “Qəbələ” isə ən güclülərdəndir”.
Komandasının üstünlüyü haqda danışan Məmmədov azarkeş amilini qabardıb: “Neftçi”də ab-hava pisdir. Üstəlik, azarkeş üstünlüyü də tərəfimizdə olacaq. Özü də bu oyunda azarkeş sayında rekordun qeydə alınacağına inanıram”.
“Neftçi”nin heyətində tanınmış futbolçuların çoxluq təşkil etdiyini də vurğulayan kapitan bunun əhəmiyyət kəsb etməyəcəyini deyib: “Heyət baxımından “Neftçi”nin bizdən güclü olduğu danılmazdır. Bahalı futbolçuları var. Ancaq Azərbaycanda futbolçunun adlı-sanlı olması heç nəyi dəyişmir”.

0
0