Qurban Qurbanov: Qələbə qazanacağımıza inanırdıq
21.10.2011 - 21:37
"Çətin oyun oldu. Hava şəraiti dəyişkən olduğundan, Zaqatalaya iki gün tez gəlmişdik". Apasport.az saytının məlumatına görə, bu sözləri "Simurq"la oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov komandada itkilərin olmasına baxmayaraq, qələbə qazanacaqlarına inandıqlarını bildirib: "Bu oyuna itkilərlə çıxmışdıq. Komandada 4-5 zədəli futbolçu var idi. Buna baxmayaraq, futbolçularıma sonadək oynamağı tapşırmışdım.
Oyun ərzində öz şanslarını tapacaqlarını bildirmişdim. Qələbə qazanacağımıza inanırdıq. Rəqibə gəldikdə isə "Simurq" çox çətin komandadır. Bir çox komandalara başağırısı olub. Bu gün qələbə qazandığımız üçün çox şadam".

0
0