“Uşaqlıqdan kumirim olmayıb”
21.10.2011 - 22:00
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo Madrid “Real”ında oynayan ifaçıların son dərəcə dəqiq seçiminə şübhə etmir. Lent.az-ın məlumatına görə, 26 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında dünyanın ən güclü komandasında çıxış etməkdən məmnunluğunu bildirib.
Ronaldo oyununun daha da yaxşılaşmasında bu amilin rolunu qabardıb: “Mən hər il inkişaf etmək istəyirəm. Ona görə də məhz burada – mənə bütün şəraiti təklif edə bilən klubdayam. Uşaqlıqdan kumirim olmayıb. Çünki öz oyun dəst-xəttimin olmasına öyrəşmişəm”.
Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə dünyanın ən populyar futbolçusunun Kriştianu Ronaldo olduğu bildirilib.

0
0