“Xəzər Lənkəran”ı çox irəliyə buraxmamaq lazımdır”
21.10.2011 - 23:28
“Xəzər Lənkəran”ı çox irəliyə buraxmamaq lazımdır”
“Bu oyun bizim üçün çox vacibdir. Yaxşı surət götürmüşük, 2 lideri məğlub edərək mövqelərimizi gücləndirmişik. İndi bu üstünlüyü qorumaq və “Xəzər Lənkəran”ı çox da irəliyə buraxmamaq lazımdır”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun müdafiəçisi Danildo Assioli deyib.

Braziliyalı futbolçu sabah “Qəbələ” ilə keçiriləcək oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, komandasını çox çətin oyun gözləyir: “Qəbələ”ni məğlub etmək üçün maksimum çalışmalıyıq. Biz rəqibin oyununu diqqətlə öyrənmişik. “Qəbələ” uzun ötürmələrlə oynamağı xoşlayır, onlar standart vəziyyətləri təhlükəli yerinə yetirirlər, xüsusilə də aut atışları uğurlu alınır. Buna görə də, bütün oyun ərzində diqqqətli olmalıyıq”.