“Qalatasaray” xal itirdi
21.10.2011 - 23:33
“Qalatasaray” xal itirdi
Türkiyə Superliqasında VII tura start verilib. Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Səfərdə “Antalyaspor”la qarşılaşan “Qalatasaray” səfərdən 1 xalla qayıdıb. Bu gün turun daha 3 görüşü keçiriləcək. “Əskişəhərspor” “Manisaspor”u, “Bursaspor” “Trabzonspor”u, “Karabükspor” “İstanbul BB”ni qəbul edəcək. Bazar günü “Ankaragücü” “Orduspor”la, “Kayserispor” “Sivasspor”la, “Fənəbaxça” “Samsunspor”la, “Qaziantepspor” isə “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Tura bazar ertəsi keçiriləcək “Mersin İdmanyurdu” – “Beşiktaş” matçıyla yekun vurulacaq.