Uinston Parks: İlk qol özümdə inam yaratdı
22.10.2011 - 00:14
"Bakı"nın hücumçusu Uinston Parks Premyer Liqanın X turunun “Xəzər Lənkəran”la qarşılaşmasından sonra fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, həmin görüşdə dubla imza atan futbolçu həm də qarşılaşmanın "ən yaxşı futbolçusu" elan olundu. Parks görüş barədə bunları danışıb: "Hər iki komanda üçün oyunun gözəl alındığını deyə bilərəm. Günü-gündən oyunumu yaxşılaşdırıram ki, "Bakı" üçün daha çox xeyirli olum. Bu oyunda keçmiş komandam "Xəzər Lənkəran"a qarşı oynayırdım, hazırkı komandam üçün əlimdən gələni etdim. Vurduğum ilk qol komandama və özümdə inam yaratdı. İndi bizi "Qarabağ"la oyun gözləyir. Bu komanda Azərbaycanın ən güclü klublarından biridir. Bu oyuna da daha ciddi çalışıb, nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
0
0