FİFA yenidən Kosovo məsələsinə baxdı
22.10.2011 - 10:12
FİFA yenidən Kosovo məsələsinə baxdı
FİFA İcraiyyə Komitəsi tanınmamış Kosovonun milli komandasına beynəlxalq oyunlarda çıxış etməsinə icazə vermir. Apasport.az saytının məlumatına görə, artıq 85 ölkə tərəfindən tanınan ölkə ilə bağlı məsələyə yenidən baxana dünya futbol qurumu UEFA-nın mövqeyini dəstəkləyib. Belə ki, qitə futbol qurumu BMT-yə üzv olmaması üzündən Kosovonu öz üzvlüyünə qəbul etməyəcəyini dəfələrlə bəyan edib.

Qeyd edək ki, FİFA özünü Serbiyadan ayırıb müstəqil elan edən Kosovonun xahişini 3 il əvvəl də rədd etmişdi.