Pis nümunə
22.10.2011 - 11:00
“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov komanda yoldaşlarına pis nümunə olub. Apasport.az saytının məlumatına görə, arxa xətt oyunçusu “Xəzər Lənkəran”la Azərbaycan Premyer Liqasının X turunun görüşündə meydandan qovulub.
Komanda yoldaşlarına nümunə olması zəruri sayılan kapitanın belə intizamsızlığına cari mövsüm 3-cü dəfə təsadüf olunur. Premyer Liqanın arxada qalan oyunlarında daha 2 kapitan komandasını azlıqda qoymaqla yoldaşlarına pis nümunə göstərmişdi.
III turun AZAL-la oyununda “Qəbələ”ni azlıqda qoyan Mahir Şükürov mövsümün ilk intizamsız kapitanı olmuşdu. VI turda isə “Simurq”un rəqibi olan “Kəpəz”in kapitanı fərqlənmişdi. Həmin görüşdə Ceyhun Sultanov qırmızı vərəqə ilə cəzalanmışdı.

- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0