Maris Verpakovskis: Heç-heçə məni qane etmir
22.10.2011 - 14:00
“Oyun çox maraqlı alındı. Fikrimcə, azarkeşlər xüsusən ikinci yarıdan razı qaldılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Bakı”nın hücumçusu Maris Verpakovskis deyib.
Qeyd edək ki, bu komandalar arasında dünən baş tutan oyun heç-heçə (2:2) başa çatıb. Latviyalı futbolçu nəticədən razı qalmayıb:
"Bu stadiondakı ilk oyunumuzda azarkeşlərimizə qələbə bəxş etmək istəsək də, alınmadı. Fasilədən sonra qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu, amma yararlana bilmədik. Təəssüf ki, qol vura bilmədim. Heç-heçə məni qane etmir”.

0
0