Forum iştirakçıları “Dalğa arena”da - FOTOSESSİYA
22.10.2011 - 14:18
Forum iştirakçıları “Dalğa arena”da - FOTOSESSİYA
Bakıda MDB və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin rəhbərlərinin XIV regional forumu keçirilir. Apasport.az saytının məlumatına görə, tədbir iştirakçıları AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da olublar.

Baş katib Elxan Məmmədov AFFA Futbol Mərkəzi barədə ətraflı məlumat verib və bildirib ki, “Dalğa Arena” 2012-ci ildə Azərbaycanda təşki l olunacaq FİFA U-17 qadınlararası dünya çempionatının oyunlarının keçiriləcəyi stadionlardan biridir. Sonda qonaqlara FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı hədiyyələr təqdim olunub.

Mənbə: affa.az