Azərbaycan millisi dünyada 15-cidir
22.10.2011 - 15:20
Azərbaycan millisi dünyada 15-cidir
Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması planetin ən güclülərinin siyahısında 15-ci pillədə qərarlaşıb. Avropada isə 8-ci olan Joze Alessio da Silvanın yetirmələrinin hesabında 2061 xal var.

Dünya reytinqinə isə 2353 xalla Braziliya başçılıq edir. Liderin ən yaxın izləyiciləri İspaniyanın 2316, İtaliyanın 2256 xalı var.

Millimizin DÇ-2014-ün bu ilin dekabrında keçiriləcək seçmə oyunlardakı rəqiblərindən Ukrayna 2135 xalla dünya 8-cisi, Xorvatiya isə 2057 xalla 16-cısıdır. Elə Xorvatiyada baş tutacaq gələn ilki Avropa çempionatının final mərhələsindəki rəqiblərimiz də ön sıralardadır. 2255 xala malik Portuqaliya 4-cü, Serbiya isə 2076 xalla 12-cidir.

Maraqlıdır ki, ölkəmizdə qadın futzalı yox dərəcəsində olsa da yığmamız dünya reytinqində yer alıb. Olmayan millimiz 1497 xalla 30-cu yerdə qərarlaşıb.