Gürcü vurdu, erməni vurdu, bəs Vaqif Cavadov?
22.10.2011 - 15:56
Gürcü vurdu, erməni vurdu, bəs Vaqif Cavadov?
Rusiya Premyer Liqasında XXVIII turuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa” klubu “Krasnodar”la qarşılaşıb. Nijni-Novqorod təmsilçisi öz meydanında keçirdiyi qarşılaşmada da həmyerlimizə start heyətində yer verməyib.

Rusiyaya transfer olunduqdan sonra yalnız 1 dəfə əsas heyətdə yer alıb, digər matçlarda ən yaxşı halda sonradan meydana daxil olan 22 yaşlı hücumçu bu dəfə 66-cı dəqiqədə “döyüşə atılıb”. Lakin onun meydana daxil olmasına qədər qapısından qol buraxan “Volqa”nı həmyerlimiz də xilas edə bilməyib. Əvəzində qonaqlar son dəqiqələrdə 2-ci qolu vurublar – 0:2. Cavadovun fərqlənə bilmədiyi matçda qolları gürcü Martsvaladze və erməni Movsisyan vurublar.

Qeyd edək ki, bu matça qədər 27 oyundan 28 xal toplamış “Volqa” 16 komanda arasında 12-ci pillədə qərarlaşmışdı.