Mehman Allahverdiyev: “Kəpəz” indiyədək belə taktika ilə oynamayıb
22.10.2011 - 16:42
Mehman Allahverdiyev: “Kəpəz” indiyədək belə taktika ilə oynamayıb
“Neftçi”nin oyununu araşdırmışdıq. Özümüz də onlara qarşı fərqli taktika ilə meydana çıxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın X turunun “Neftçi” ilə oyunundakı heç-heçənin (1:1) necə əldə olunduğunu açıqlayıb: “Kəpəz” indiyədək 5-4-1 sistemi ilə oynamamışdı. Lakin ötən ilki 3 oyunda 11 qol buraxdığımızı nəzərə alıb bu dəfə belə taktika seçdik. Əsas məqsədimiz qol buraxmayıb əks-hücumlara bel bağlamaq idi. Belə əks həmlələrin də birində qol vura bildik”.