11 ildən sonra 1:1
24.10.2011 - 13:46
“Kəpəz” Azərbaycan milli çempionatları tarixində əzəli rəqiblərindən olan “Neftçi” ilə oyunlarda uğursuz seriyanı qırdı. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi 2000/01 mövsümündən bu yana evdə daim uduzan bakılılardan, nəhayət xal ala bildi.
Xoşagəlməz ənənəyə Premyer Liqanın son turunda 1:1 hesabı ilə son qoyuldu. “Kəpəz”in hesabı açdığını nəzərə alsaq, qalib də gələ bilərdi. Ancaq Fərid Quliyev “Simurq”la səfər matçında olduğu kimi, yenə sonradan meydana daxil olub fərqlənməklə, buna imkan vermədi. Fasilədən dərhal sonra oyuna girən “Neftçi”nin hücumçusuna qol vurmaq üçün cəmi 2 dəqiqə yetərli oldu.
Gəncə klubu 11 il gözlədiyi xala tarixində ən yaxşı baş məşqçisi ilə qovuşdu. Söhbət ən titullu çalışdırıcılarımızdan olan Mehman Allahverdiyevdən gedir. “Neftçi”yə 90-cı illərdə Gəncədə əksər oyunlarda qalib gələn 51 yaşlı mütəxəssis bu dəfə heç-heçə ilə barışsa da, istənilən halda, tarixi nəticəyə imza atdı.
Çünki 2000-ci ildə “Kəpəz”in 1:0 hesablı qələbəsindən sonra “Neftçi” daim Nizami Yurdundan qələbə ilə qayıdırdı.
Özü də Allahverdiyev derbiyə uzun fasilədən sonra qayıtmaqla, öz sözünü dedi. O, hələ ötən mövsümün final mərhələsində komandanın sükanı arxasına dönsə də, “Neftçi” ilə görüşməmişdi. Çünki onda “Gəncə” adlanan komanda 2-ci, bakılılar isə 1-ci “altılıq”da oynayırdı. Allahverdiyev sonuncu dəfə “Neftçi” ilə 2003-cü ilin iyulun 15-də Bakıda görüşmüş və 2003/04 mövsümünün ilk dövrəsindəki həmin oyunda böyük hesabla uduzmuşdu – 0:3.

0
0